Maraqlı

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün SUPER MƏHSUL

13 Mart 2018 22:35
0 Şərh     Baxış: 6 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək arterial təzyiq bütün dünyada ən yayılmış pozulmalardan biridir.

Statistika göstərir ki, dünyada yaşayan insanların təxminən 1/4 hissəsində təzyiq normadan yüksəkdir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yüksək arterial təzyiq insult və infarktın, ağır böyrək xəstəliklərinin əsas səbəbi sayılır.

Təzyiqi normada saxlamaq üçün xüsusi dərmanlar mövcuddur. Lakin bu dərmanlar heç də hər zaman kömək etmir və ya müvəqqəti effekt verir. Bu səbəbdən alimlər təzyiqi normallaşdırmaq üçün dərmansız üsullar axtarır.

Saglamolun.az The Russian Times-a istinadla xəbər verir ki, alimlər müxtəlif məhsulların arterial təzyiqə olan təsirini araşdırdıqdan sonra fikir veriblər ki, adi püstə bu problemi həll etməyə çox yaxşı kömək edir.

Belə ki, gün ərzində yalnız 1 ovuc püstə arterial təzyiqi salır. Püstənin tərkibində olan maddələr damarları genişləndirir ki, bu da qan təzyiqini normallaşdırmağa kömək edir.

Bundan əlavə elmi araşdırmalar sübut edib ki, püstə qanda şəkərin səviyyəsini tənzimləyir və şəkərli diabetin iknişafının qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.