Maraqlı

Bu bitkini evdə saxlamayın! Alimlər xəbərdarlıq edir

13 Mart 2018 23:35
0 Şərh     Baxış: 4 210

Belə hesab olunur ki, evdə bitkilərin olması insan sağlamlığı üçün çox faydalıdır. Lakin bu bütün bitkilərə aid deyil.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bəzi bitkilərin evdə saxlanılması orada yaşayanlara ziyan vura bilər. Bu ilk növbədə kaktuslara aiddir. Bu gülün şirəsində 120-dən artıq alkaloid maddələri var ki, onlar insanın sinir sisteminə ziyan vurur.   

Kaktus

Həmçinin fikus, puansetiya, diffenbaxiya kimi bitkilərdə də zəhərli maddələr var ki, bu bitkiləri də evdə saxlamaq ziyanlıdır.  

Diffenbaxiya

Puansetiya

Fikus

Söhbət tək dekorativ bitkilərdən getmir, gül dəstələri də insan sağlamlığına ziyan vura bilər. Belə ki, alimlərin fikrinə görə, inciçiçəyi, yasəmən, zanbaqdan olan gül dəstələri evə gətirmək olmaz. Bu güllər miqrenin inkişafına səbəb olur, orqanizmə narkotik təsir edir.  

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.