Maraqlı

Kadir İnanır əməliyyatdan sonra ilk dəfə jurnalistlərin qarşısına çıxdı - FOTO

13 Mart 2018 14:28
0 Şərh     Baxış: 1 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeşilçam" aktyoru Kadir İnanır keçirdiyi beyin əməliyyatından sonra ilk dəfə media nümayəndələrinin qarşısına çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı Jülide Kural və həkimləri ilə mətbuat konfransı keçirən aktyor səhhətinin yaxşı olduğunu və şayiələrə inanmamağı söyləyib:

"Bir az təhlükəli bir hadisə ilə rastlaşdıq. əvvəlcə inanclı biri olduğum üçün, daha sonra isə türkiyə həkimlərinə güvəndiyim üçün hazırda sağlam bir insan olaraq qarşınızdayam. Bu, böyük şans, böyük xoşbəxtlikdir. Bir aydır hər yerdən mənə göstərilən sevgi, hörmət və qayğının sevincini yaşayıram. Mənə bu xoşbəxtliyi görməyi nəsib edən həkimlərimdən başqa heç kimin sözlərinə inanmayın".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.