Maraqlı

Pulemyotla təchiz edilən dron yaradılacaq

14 Mart 2018 08:01
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinqapurun "ST Kinetics" şirkəti müxtəlif növ atıcı silahlarla təchiz edilən hərbi pilotsuz uçan aparatlar yaratmaq niyyətindədir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət ilk dron prototiplərini növbəti ilin sonunadək təqdim etməyi planlaşdırır. Onlardan birincisi "Stinger" adlı dördşüalı oktokopter olacaq. Dron teplovizor, yüksək təsvir ölçülü videokamera və 5,56 millimetr kalibrli 100 patronlu "ST Kinetics Ultimax 100 Mk.8" pulemyotu ilə təchiz ediləcək. "Stinger" pilotsuz uçan aparatının nəzərdə tutulan uçuş müddəti 30 dəqiqə, çəkisi 60 kq təşkil edəcək. Gələcək aparat və ondan istifadə planları barədə ətraflı məlumat verilmir.
 
Drondan atış üçün effektiv istifadəyə görə mütəxəssislər tərəfindən pulemyotun faydalı iş əmsalının kompensasiyası məqsədilə xüsusi asma sisteminin yaradılması nəzərdə tutulur.
 
Bir müddət əvvəl şirkət pulemyota malik dron konsepsiyasının həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən bir sıra sınaqlar keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.