Maraqlı

Google çox yüksək internet sürəti söz verir

14 Mart 2018 08:11
0 Şərh     Baxış: 431

ABŞ-ın "Google" korporasiyası AMP texnologiyasının köməyi ilə internet səhifələrinin yüklənmə sürətini xeyli artırmağı planlaşdırır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2016-cı ildə təqdim edilmiş AMP texnologiyası, hələ ki, yalnız "Twitter", "Google", "Baidu" və "Bing" üçün əlçatandır. Yeniləmə prosesi uğurlu olduğu və saytların əksəriyyəti dəyişikliyi qəbul etdiyi halda onlar axtarış sistemində ani olaraq AMP səhifələri kimi emal ediləcək.
 
"Google" gələcəkdə bu texnologiyanı "Ümumdünya Hörümçək Toru"nun standartına çevirmək istəyir.
 
"Accelerated Mobile Pages" (AMP) - mobil qurğularda saytların yüklənməsini sürətləndirən bir texnologiyadır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.