Maraqlı

“Marsda baza yaratmağı sürətləndirməliyik” - XƏBƏRDARLIQ

14 Mart 2018 08:31
2 Şərh     Baxış: 1 016

"Üçüncü dünya müharibəsi təhlükəsinin mövcud olduğu şəraitdə insanlar Yerdəki həyat nümunələrini saxlaya bilmək üçün Marsda baza yaradılmasını sürətləndirməlidir".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri Texasın Ostin şəhərində keçirilən SXSW texnoloji yarmarkasında çıxış edən İlon Mask deyib.

"Əgər üçüncü dünya müharibəsi baş versə, insan sivilizasiyasının toxumlarını hardasa saxlamaq lazımdır ki, sonradan hər şeyi yenidən yaradaq. Mars Yerdən xeyli uzaqda yerləşir və oradakı bazanın hər hansı zərər görməsi ehtimalı daha azdır, nəinki Aydakı bazanın", - deyə İ. Mask söyləyib.

İş adamı xatırladıb ki, onun şirkəti 2019-cu ildə sınaqdan keçiriləcək və daha sonra insanları Marsa aparacaq BFR aparatı hazırlayır. O, Marsda insan məskunlaşmasının yaradılması üçün böyük resurslar tələb olunduğunu vurğulayıb.

İ. Mask qlobal fəlakət halında Marsın yalnız ən zənginlər üçün əlçatan olacağı fikri ilə razılaşıb. Onun sözlərinə görə, Mars missiyası çox ağır olacaq: "O, təhlükəli olacaq. Sağ qalmaq mürəkkəb məsələdir. Çox az insan ibtidai şəraitdə yaşamağa razılaşar".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Ibrehim · 14 Mart 08:5611

    Bunlarin bashi xarab olub...

    Cavab yaz
  • Anonim
    O · 14 Mart 10:2020

    Her wey Allahin hokmuranliqi altindadr hara qacsazda olumden yaxa qurtara bilmezsiniz birdeki mene milyonlarda verseler gedib marsda yawamaqdansa ele burda olerem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.