Maraqlı

Kabakın faydaları

14 Mart 2018 08:35
0 Şərh     Baxış: 3 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kabak tərəvəzinin çox sayda faydası vardır. O cümlədən gözləri sağlam edər, öskürəyə qarşı kömək edər, astmanı müalicə edər, mədə və bağırsaq qanaxmalarının qarşısını alar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kabakın tərkibində olan C vitamini və lutein maddəsi gözlərin görmə qabiliyyətini yaxşılaşdırar və gözü sağlam edər. Kabakın tərkibində C vitaminindən başqa A vitamini, karotin, maqnezium, kalium, mis, fosfor vardır. Kabak manqan maddəsinin zəngin olduğu tərəvəzlərdəndir. Bu tərəvəz insanın B1, B6 vitamininə olan ehtiyacını təmin edər. Kabakın tərkibində olan faydalı maddələrə: proteini, kalsiumu, dəmiri, niatsini misal göstərmək olar.

Kabakın tərkibində olan folat, kalium, A vitamini bədənin sağlam olmasına qulluq edər.

Mütəxəssislər bu qənaətə gəlib çatıb ki, kabakın tərkibində karbohidrat olmasına baxmayaraq, anti-oksidant xasiyyətinə malikdir. Kabak həm də qandakı insulini tənzim edir. Kabakın tərkibində Omeqa-3 yağı də mövcuddur.

Kabak astma xəstəliyinə müsbət təsir qoyur. Tərkibində olan C vitamini və anti-oksidantlar bu xəstəliyin yüngülləşməsinə səbəb olur. Kabakın xam tumları bağırsaqda olan parazitləri məhv edər və qəbizliyi aradan aparar. Kabakın toxumu bağırsaq yaraları üçün də faydalıdır. Öskürəyi yüngülləşdirə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.