Maraqlı

Endemik ur-zob

14 Mart 2018 22:41
0 Şərh     Baxış: 6 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəyyən ərazidə yaşayan əhali arasında qalxanabənzər vəzin proqressiv böyüməsi və onun funksional aktivliyinin dəyişməsi ilə xarakterizə olunan bir uygunlaşma reaksiyasıdır.

Milli.Az hekimtap.az-a istinadən bildirir ki, müəyyən coğrafi ərazidə yaşayan populyasiyanın 10%-dan çox yod çatmazlığına bağlı QV-də böyümə varsa endemik ur olaraq adlandırılır.

Təsnifatı
Böyümə dərəcəsinə görə:
 - Görülən və palpasiya edilən vəz yoxdur.
 - I (a) - vəzidə zəif bir böyümə var, lakin görünmür;
 - I (b) - vəzi əllənir, udma aktı zamanı və başı arxaya əydikdə görünür;
 - II - boyunun istənilən vəziyyətində  vəzi görünür;
 - III - Boynun ön və yan tərəflərini dolduran vəz görünür.

Formasına görə:
 - Diffuz və düyünlü

Klinik gedişinə görə:
 - Toksik və qeyri-toksik

Rastgəlmə tezliyi
Ümumi populyasiyada ur 15,8% rast gəlinir. Qadınlarda kişilərə nisbətən 6:1 nisbətində olur. Yaş ilə ur arasındakı bağlılıq yod çatmazlığına və orqanizmin yoda olan tələbatına bağlıdır.

Etiologiya
 - Qalxanabənzər vəzin həcminin böyüməsinə səbəb olan faktorlar:
 - Kimyəvi və radioaktiv maddələrlə çirklən­miş zonalarda tiroid fermentlərin sintezində iştirak edən hor­mon­ların bloku baş verir.
 - Strumogen təsirə malik sular, qida məhsulları, kimyəvi maddələr yodun neytrallaşmasına, onun orqanizm tərəfindən qəbulunun zəifləməsinə və hormon sintezində iştirak edən fermentlərə( peroksidaza) tormozlayıcı təsir göstərir.
 - Yaş,hamiləlik,oral-kontraseptivlər, alkoqol, siqaret,A-avitaminoz, digər təsirlər.

Gedişi və ağırlaşmaları
 - Vəzin həcminin böyüməsi nəticəsində aşağıdakı patologiyalar meydana çıxır.
 - Ağır en­de­mik zonalarda hipotireoz.
 - Traxeya sıxılır, öskürək və dispnoe başlayır.
 - Daha az halda qida borusu sıxılır, udma zamanı tıxanma hissi yaranır.
 - Nadir halda N.recurrens sıxılarsa səs kobudlaşır.
 - Damar sistemi- vidaci, körpücükaltı, hətta yuxarı boş veneya sıxıcı təsir göstərir. Döş daxili böyümədə sıxıcı təsir daha şiddətli olur. Xəstə əllərini yuxarı başı üstünə qaldırdıqda özünü pis edir, üzündə sianoz əmələ gəlir(Pemberton sindromu).

Kretinizm:
 - Yod çat­mazlığı vəziyyətinin kulminasiyası endemik kreti­nizmdir.
 - Bu xəstəlik anadangəlmədir,  hamilə qadınlarda, döldə qal­xana­bən­zər vəzin aktivliyinin zəifləməsi nəticəsində yeni­do­ğulmuş uşaqlarda mər­kəzi sinir sisteminin formalaşmasının cid­di poz­ğun­luqları meydana çıxır.
 - Bu xəstəliyin yeganə pro­fi­laktika üsu­lu hami­lə­lik planlaşdırıldıqda kifayət qədər yod qəbulu hesab olu­nur. Yod azlığı olan regionlarda yaşayan uşaq­larda bə­zən klas­sik endemik kretinizm yox, uşaqların psixi inki­şaf­dan qalması - endemik  - subkretinizm müşahidə edilir.
 - Həmin uşaqların eşit­mə və nitq qabiliyyəti pozulur. Qida rasio­nun­da kifayət qədər yod olmaması yaşlı insanların fiziki və zehni iş qabiliyyətinin pozulması ilə nəticələnir.

Klinika
 - Endemik urun klinik əlamətləri həmişə qabarıq, şiddətli olmur. Klinik əlamətlər endemik faktorun ağırlığından asılıdır.
 - Məktəb yaşlı uşaqlarda qalxanabənzər vəzi böyüməyə başlayır, lakin heç bir şikayəti olmur. Cinsi yetişkənlik dövründə orqanizmdə hormonal sistem aktivləşdikdə qalxanabənzər vəzin həcmi görünə biləcək dərəcəyə çatır, şikayəti olmur, ancaq estetik görünüşü dəyişir.
 - Qadınlarda xüsusilə hamiləlikdən sonra zaman keçdikcə qalxanabənzər vəz böyüməyə başlayır. Bu zaman daha çox psixoloji(Globus histericus) şikayətlər (boğulma hissi, boğazda sıxılma, əsəbilik və s.) xüsusilə qalxanabənzər vəziyə aid olmayan şikayətlər olur.

Diaqnostika
Şübhə
Boynun ön nahiyəsində şişkinlik, tənginəfəslik, boğulma və boğazda sıxılma hissi endemik ura şübhə yaradan göstəricilərdir.

Dəqiqləşdirmə
 - Ailə anamnezi
 - Boynun ön nahiyəsində şişkinliyin olması
 - USM aparılmalı
 - TSH yoxlanmalı;
 - Retrosternal və intratorasik uru müəyyən etmək üçün KT aparılmalıdır.
 - Endemik ur üçün sidikdə yodun miqdarı ölçülməlidır

Diaqnostik meyarlar
 - USM-də vəzin həcminin artması
 - Sidikdə yodun miqdarının normadan az olması
 - TSH-ın normadan çox olması
 - TSH yüksəksə anti-TPO və anti-TQ təyin edilməlidir. Eutiroid urda 15-20% hallarda anti-TPO, anti-TQ müsbət ola bilər.
 - KT və MR-in intratorasik böyüyən qalxanabənzər vəzin aşkarlanması və həcminin təyinində xüsusi əhəmiyyəti var. Digər tərəfdən çox böyük urda traxeya, qida borusu, damarlara və ətraf toxumalara olan təzyiqi və bədxassəli şişlərdə invaziyanı müəyyən edir.

Müalicə
 - Endemik urda illər uzunu qalxanabənzər vəzidə tədricən böyüdüyündən xüsusi şikayət verməzlər, ancaq estetik görünüşü dəyişdirir. Boyun orqanlarına (qida borusu, traxeya və damarlara) sıxıcı təsir göstərərsə 3 müalicə formasından biri seçilir
1. Dərman müalicəsi;
2. Cərrahi müalicə;
3. Radioyod müalicəsi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.