Maraqlı

Qan dövranının zəifləməməsi üçün qida RESEPTİ

14 Mart 2018 22:50
1 Şərh     Baxış: 1 268

Pis qan dövranı nəticəsində ayaqlar, əllər soyumağa və tədricən keyləşməyə başlayır. Bu, xüsusilə qış aylarında baş verir. Qan dövranının zəifləməsi ciddi problemdir, onun yaranma səbəbləri də müxtəlifdir: diabet, ateroskleroz, hipertoniya, qan laxtalanması, hərəkətsiz həyat tərzi, siqaret, narkotik və s. zərərli vərdişlər.

Oxuculara bu yazıda oxucuları bu problemin bir neçə həlli üsullarıyla tanış edirik.

Daha çox su

Milli.Az publika.az-a istinadən xəbər verir ki, gündə ən azı 8 stəkan su içməlisiniz ki, qan dövranı yaxşılaşsın. Bundan başqa, su qida maddələrinin və oksigenin toxumalara ötürülməsinə, həmçinin hüceyrə və toxumaların nəmləndirilməsinə imkan yaradacaq.

Zəncəfil

Müntəzəm surətdə zəncəfil istifadəsi orqanizmdə qan laxtalanmasının və ürək-damar xəstəliklərinin qarşısını almağa imkan verəcək. Çünki onun tərkibində iki güclü aktiv birləşmələr: Gingerols və zingerone var. Bu maddələr qan dövranını artıracaq və bədəni qızdıracaq.

Sarımsaq

Tədqiqatçıları sübut ediblər ki, sarımsaq ürəyin sağlamlığını xeyli yaxşılaşdırır, aterosklerozun inkişaf riskini və qan təzyiqini azaldır, həmçinin arteriyaların tıxanmasının qarşısını alır.

Şabalıd

Onun fəal birləşməsi kapilyar divarını möhkəmləndirir, iltihabla mübarizə aparır, venaların varikoz genişlənməsi və pis qan dövranını müalicə edir.

Efir yağları

Zəncəfil, kəklikotu və rozmarin kimi efir yağları kapilyarların genişlənməsi hesabına dəri səthində qan axınını gücləndirir və güclü termogenik effekt göstərir. Bundan başqa, bu yağlar əllərdə və ayaqlarda keyləşməni aradan qaldırır, gərgin əzələləri rahatlaşdırır.

İstiot

Bu ədviyyatın tərkibində ürək sağlamlığını qoruyan, arteriya və kapillyarları möhkəmləndirən maddələr var. Kapsaiçin adlanan maddə arteriyaların tıxanmasının qarşısını alır, qan dövranını tənzimləyir və pis qan dövranı nəticəsində yaranan baş ağrıları, ayaqların tutulması, əl və ayaqların soyuması kimi əlamətləri aradan qaldırır.

Balıq yağı

Balıq yağı Omeqa -3 yağ turşularıyla zəngindir, onlar damarlarda toplanan yağları və xolesterini asanlıqla təmizləyib qan dövranını sürətləndirirlər. Bu yağ yaxşı xolesterin səviyyəsini yaxşılaşdırır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.