Maraqlı

Dubayda yol polisindən İNANILMAZ ADDIM: intizamlı sürücülərə qızıl maşın verildi - FOTO

12 Mart 2018 22:26
4 Şərh     Baxış: 5 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubay polisi sürücülərin yollarda daha nizam-intizamlı və diqqətli olması istiqamətində stimul olaraq maraqlı hədiyyə fikirləşib.

Milli.Az xəbər verir ki, təmiz qızıldan düzəldilmiş oyuncaq maşın hələlik iki sürücüyə təqdim olunub.

Qeyd edək ki, hazırda Dubayda sürücülər üçün aksiya keçirilir: bir ay ərzində maşını nizamlı, cəriməsiz sürənlərin hesabına 2 bal əlavə olunur. Toplanan ballar il ərzində kiçik cərimələrin ödənməsinə sərf oluna bilər. Amma balların sayı 24 keçərsə, o zaman qızıl maşını əldə edə biləcəklər. İl ərzində yüksək bal toplayanların sayı 2000 olub. Onlardan 656-sı qadın sürücülərdir. Qızıl maşının kimə hədiyyə olunacağı isə püşk vasitəsilə müəyyən edilib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.