Maraqlı

Baharın trendi: Futuristik eynəklər - FOTO

12 Mart 2018 22:32
0 Şərh     Baxış: 912

Cici və Bella Hadid bacılarının ən çox istifadə etdiyi kiçik və sivri çərçivəli eynəklər yaz-yay aylarının bir nömrəli trendidir.

Milli.Az xəbər verir ki, "Matrisa" filminin qəhrəmanlarının taxdığı eynək modelləri bu il olduqca aktualdır. Stilistlər də bu aksessuarı "ən effektli" nominasiyasının qalibi müəyyən edib. 2018-ci ilin yaz-yay kolleksiyalarının demək olar ki, hər birində kiçik çərçivəli eynəklərə rast gəlmək olar.

Stilistlər məsləhət görür ki, üzün yarısını örtən iri çərçivəli eynəklərlə bir neçə mövsümlük vidalaşaq. Böyük eynəkləri yalnız iki halda istifadə etmək olar: ya sizi heç kimin tanımasını istəməyəndə, ya da makiyajsız küçəyə çıxanda.

90-cı illərin eynək modelini yenidən dəbə "Balenciaga" brendinin kreativ dizayneri Demna Qvasaliya gətirib. Onun kolleksiyasındakı dar çərçivəli eynəklərin rəngli kolqotqalar və iri sırğalarla vəhdəti 1990-ci illərə açıq istinad idi.

Hadid bacılarından savayı dar çərçivəli eynəklərin əsas pərəstişkarlarına Rianna, Kaya Gerber, Kara Delevin, Rita Ora, Kendal Jenner, Beyons və başqalarını misal göstərmək olar.

Ola bilsin ki, bu modeli gözləri gündən qoruyan ideal eynək adlandırmaq olmaz. Buna baxmayaraq, modapərəstlər arasında olduqca aktualdır.

Balaca, dar çərçivəli eynəklərin yeganə çatışmazlığı odur ki, xırda şüşələri gözləri günəşin yandırıcı şüalarından müdafiə etməyəcək. Əvəzində isə futuristik eynəkləri yaz aylarında taxmaq və nə ilə desən birləşdirmək olar. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.