Maraqlı

Bu, kişiləri sonsuzluqdan XİLAS EDƏCƏK

20 May 2018 23:07
1 Şərh     Baxış: 2 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün bütün dünyada sonsuzluğa qarşı bir-birindən fərqli müalicə üsulları tətbiq edilir. Bu mübarizə üsulları isə bəzən orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. 80 milyon cütlük bu gün sözügedən sağlamlıq problemlərindən əziyyət çəkir. Statistika göstərir ki, cütlüklər arasında yaşanan sonsuzluq problemlərinin təxminən 100-də 60-ı kişi faktoru ilə əlaqədardır. Türkiyəli mütəxəssislər hər zaman kişi sonsuzluğunun səbəbləri və müalicə əsnasında qidalanma faktorunun önəmli olduğunu deyirlər. Piylənmə və yağlı qidalanma sperma quruluşunu pozur. Trans yağ asidləri və doymuş yağların seçimi maddələr mübadiləsinə olduqca mənfi təsir göstərdiyindən bu, gələcəkdə sonsuzluğa yol aça bilir.

Milli.Az xəbər verir ki, sağlam qidalanma sonsuzluqla müalicənin bir qoludur. Bu gün hər kəsin normadan artıq istifadə etdiyi qidalar sırasında sosis, kolbasa, konservləşdirilmiş yeməklər və bu qəbildən olan qidalar xüsusilə kişilərdə sperma miqdarını azaltmaqla yanaşı təsiretmə xüsusiyyətlərini də azaldır. Bu isə sonradan bərpa edilməz nəticələr yaradır.

Türkiyəli mütəxəsislər kişilərin aşağıdakı qida rasionuna diqqət etməklə sonsuzluqdan yaxa qurtara biləcəyini düşünür:

Süd və süd məhsullarından müntəzəm istifadə etmək,

Balıq. Xüsusilə soyuq dəniz məhsulları,

Quzu əti başda olmaqla qırmızı ət və ət məhsulları,

Antioksidanlarla zəngin meyvə və tərəvəzlər,

Buğda məhsullarına üstünlük vermək,

Yer fıstığı kimi yağlı qidalar istehlak etmək. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.