Maraqlı

Saç tökülməsinin qarşısını alan 2 TƏBİİ MASKA

20 May 2018 23:03
0 Şərh     Baxış: 5 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümi dəyişikliklər səbəbi ilə saçların tökülməsi hər kəsin yaşadığı bir haldır. Stress, vitamin əskikliyi və hormon pozuntuları da əlavə olunduqda saç tökülməsi daha da artır. Lakin evdə 10 dəqiqənizi ayıraraq hazırlayacağınız təbii maskalarla bu problemin qarşısını ala bilərsiniz. Milli.Az ailem.az-a istinadən saçlarınız üçün təbii maskalar təqdim edir. 

Qatıqlı maska

Tərkibində olan D, B16, B12, C vitaminləri, kalsium və proteinlər qatığı saçlarınız üçün təbii bir maskaya çevirir. Vəsaitləri və hazırlanması baxımından da asan olan qatıq maskası üçün 1 stəkan qatığı, 1 xörək qaşığı alma sirkəsi və bir xörək qaşığı balı kasada qarışdırın. Əldə etdiyiniz qarışımı saçlarınıza dibdən uclara doğru sürtün.

Qeyd edək ki, saç maskalarını təmiz saçlara vurmaq daha yaxşı nəticə verir. Qatıq maskasını saçınızda 15 dəqiqə saxladıqdan sonra soyuq su ilə durulamalısınız. 

Qatığın içindəki proteinlər saçlarınıza nəm qazandırarkən, vitaminlər və kalsium saç qüvvətinizi artıracaq və daha sağlam saçlara qovuşacaqsınız.

Təbii protein yumurta

Yumurta, protein və amin turşusu baxımından çox zəngin bir qidadır. Proteinlərlə bərabər yağ turşuları, A, D, E vitaminləri də yumurtanın digər qidalandırıcı maddələridir. Saçlarını yumşaldarkən yıpranmaların qarşısını alır və saça parlaqlıqla birlikdə nəm qazandırır. Saçların tökülməsinin qarşısını alır, sürətli uzanmasını da təmin edir.

1 stəkan süd, 2 xörək qaşığı limon suyu və 2 xörək qaşığı zeytun yağını 1 ədəd çırpılmış yumurtaya əlavə edin və qarışdırın. Hazırlanan qarışımı təmiz saçlarınıza və saç dərinizə masaj edərək vurun. 20 dəqiqə boyunca bu maskanı saxlayın və soyuq su ilə durulayın. Burada diqqət edilməsi lazım olan ən önəmli nöqtə saçlarınızı durulayarkən soyuq su istifadə etməyinizdir. Çünki isti su yumurtanın bişməsinə və saçlarınızın təmizlənməsində çətinliyə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.