Maraqlı

Bahar şıqlığını bu seçimlərlə YAXALAYIN

12 Mart 2018 21:59
1 Şərh     Baxış: 2 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qışdan çıxıb yaza doğru yol aldığımız aralıqda paltomuzu əlimizəmi alsaq, əynimizəmi geyinsək bilmədiyimiz bir hal yaşayırıq. Milli.Az ailem.az-a istinadən yazda şıq olmağın incə məqamlarını diqqətinizə çatdırır.

Cins

Sadə görünüşlü cins paltarınızla şıqlığı yaxalamanız mümkündür. Ağ bir tişört, yun koftalar və nazik botinkalarınızla gözəl bir kombin əldə edə bilər, tərzinizə rockn roll havası da qata bilərsiniz.

Qarışıq naxış

Əgər daxili azadlığınızı oyandırmaq istəyirsinizsə ehtiyacınız olanlar, ispan ətəkli şalvar, qarışıq naxışlı paltarlar, saçaqlı hörgülü jaketlər.

Köhnəyə qayıdış

90-cı illərin modası, klassik parçalarla kombinləndiyində son dönəmlərin modası halına gəldi. Yüksek bel şalvar, dəri məhsul seçimi, şəkilli tişörtler, süni kürklər ən çox seçilənlər arasında yer alır.

Müasir klassik

Uzun və şıq paltolar son dönəmin qurtarıcı parçalarından. Boru ətəklər və bohem bir şıqlıqla tərzinizi ortaya qoya bilərsiniz.

Qat- qat parçalar

Modelyerlərə görə çox qatlı vəhörmə məhsullar qarderobunuzdaki digər parçalara görə daha çox istifadə olunacaq. Qabarıq ətəklər, böyük loqolu paltarlar, idman və klassik bir tərz yarada bilir.

Canlı rənglər və dəqiq cizgilər

Böyük cizgili, kvadratlı modellər, güllü şəkillər, metal və cazibəli parçalar sizi bahar mövsümündə canlı tutacaq.

Şifon və ipək

Gözəlliyinizi vurğulamanızın ən yaxşı yollarından biri şifon və ipəkdən emal edilmiş paltarlar ola bilər. Bu parçaları klassik kəsimli şalvar, cins və ya saçaqlı bir ətəklə kombinləyə bilərsiniz. 

İdman şıqlığı

İdman paltarları digər tərzlərə görə daha minimalist və rahatdır. Motosikletçi tərzi və ya şıltaq görünüşü parçaları klassik hər paltarla kombinləyə bilərsiniz.

Kaşmir

Modanın köhnəlməyən parçalarından. Pastel rənglər seçim edildiyində görünüşünüz daha orijinal və cazibədar olacaq. Özəlliklə mavi, çəhrayıya ya da firuzəyi rənglər düzgün bir seçim olar.

Dəri gödəkcə və uzun paltarlar

Feminen bir görünüş üçün uzun bahar paltarlarından seüçə bilərsiniz. Üzərinə də modanın əsla köhnəlməyəcək parçası olan dəri gödəkcələr geyərək əla bir kombin yarada bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.