Maraqlı

Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb

12 Mart 2018 22:50
0 Şərh     Baxış: 659

Yaponiya Poçt Xidməti Tokionun mərkəzi küçələrində bağlama, məktub və digər yazışmaların daşınması üçün pilotsuz avtomobilləri sınaqdan keçirməyə başlayıb.

Milli.Az report.az-a istinadən bildirir ki, xüsusi hazırlanmış "Toyota Estima" mikroavtobusu martın 16-dək 2 km uzunluğunda marşrut boyunca müstəqil şəkildə hərəkət edəcək.

"Bu trassa mərkəzi poçtamt ilə Tokio baş dəmiryol vağzalını və Qindzanın mərkəzi məhəlləsindəki poçt şöbəsini birləşdirir", - deyə idarə nümayəndəsi bildirib.

Onun sözlərinə görə, pilotsuz maşında sınaq zamanı sürücü olacaq və zərurət yaranacağı təqdirdə idarəetməni öz üzərinə götürəcək.

Pilotsuz avtomobil sınaq zamanı böyük şəhərin son dərəcə gərgin küçələrində təhlükəsiz hərəkət etmək bacarığını sübuta yetirməldir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.