Maraqlı

Müəllimin şkafından 750 qadın alt paltarı çıxdı

12 Mart 2018 21:53
3 Şərh     Baxış: 3 034

Yaponiyanın Kurume şəhərində bir məktəb müəllimi müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Buna səbəb onun öz sinif otağında 750 ədəd qadın alt paltarı saxlaması olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 2017-ci ilin avqustunda məktəb əməkdaşlarından biri sinfin təsərrüfat əşyalarının yerləşdiyi yerdə 10 ədəd plastik paket aşkarlayıb və içinə baxanda da qadın tumanları olduğunu görüb. Sinif otağına məsul olan 50 yaşlı müəllim məktəb administrasiyasına etiraf edib ki, bu əşyalar ona məxsusdur. Pedaqoq eyni zamanda izah edib ki, bu alt paltarlarını 2016-cı ildə, topdan satışdan alıb və bu, onlara 10,6 min ienə başa gəlib. Onun dediyinə görə, o, bu alt paltarlarını hər il keçirilən məktəb festivalı zamanı uşaqlara satmağı planlaşdırırmış. Amma bu ideyanı həyata keçirə bilmədiyi üçün onu növbəti festivala qədər şkafda saxlamağa qərar verib.

Nəzarət komissiyasının qərarına əsasən, müəllimi üç aylıq müddətə məktəbdən kənarlaşdırıblar.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.