Maraqlı

Piylənməyə səbəb olan qidalar - Son 30 ildə zərərli maddələr xeyli artıb

12 Mart 2018 12:29
0 Şərh     Baxış: 1 176

"McDonalds"ın fastfudları ilə bağlı yeni araşdırma aparılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, 30 il boyunca fastfudların tərkibindəki xeyirli maddələrin (protein) miqdarı xeyli azalıb, zərərli maddələrin (şəkər, duz və yağ) miqdarı isə dəfələrlə artıb.

Belə ki, 1989-cu ildən bu vaxta qədər fastfudların tərkibindəki şəkərin miqdarı 221 faiz, yağ 17 faiz, duz isə 24 faiz artırılıb.

Şirkətin sözcüsü məsələ ilə bağlı açıqlama verməkdən çəkinib. Lakin bildirib ki, McDonalds-ın iki məhsulunda birlikdə 500-dən çox kalori var.

Qeyd edək ki, fastfudun tərkibindəki yağlar çox və protein az olduğuna görə piylənməyə və şişkinliyə səbəb olur.

Digər araşdırmaya görə isə, Mc Donaldsın orta boy kartof frisini əritmək üçün azı 250 dəfə jim etmək lazımdır.

Emin
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.