Maraqlı

Mister Bin lüks evi sabiq arvadına bağışladı - FOTO

12 Mart 2018 20:30
0 Şərh     Baxış: 2 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur britaniyal komik, "Mister Bin" kimi tanınan 62 yaşlı Rouen Atkinson son 10 ildə tikinti şirkəti və qonşuları ilə mübarizə apararaq Londonun elitar Kotsuolds rayonunda dəbdəbəli ev tikdiririrdi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ev 10 milyon funt-sterlinqə başa gəlib.

Fəqət indi atkyor həmin evi sabiq xanımı, vizajçı Sanetra Sastriyə bağışlayıb.

S.Sastri ilə 1990-2015-ci illərdə nikahda olmuş Rouen Atkinsonun bu izdivacdan iki övladı var.

İndisə aktyor 33 yaşıl Luiza Fordla birlikdə yaşayırlar və onların bir övladı doğulub.

100 milyon avroluq varidata malik R.Atkinson lüks evini sabiq arvadına boşanma prosesi çərçivəsində bağışlayıb.

Aktyor indi Londonun şimalında, 7 milyon funtluq evdə yaşayır.

R.Atkinsonun 23 yaşlı qızı Lili fotomodel və aktrisa, 25 yaşlı oğlu Bencamin isə rejissordur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.