Maraqlı

18 yaşlı qız oğlan dostlarını evə çağırdı, əyləndi, narkotik qəbul edib öldü

11 Mart 2018 18:28
6 Şərh     Baxış: 5 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya şəhərində valideynləri boşandığı üçün tək yaşayan 18 yaşlı litsey tələbəsi E.B yaşadığı evdə qəfldən ölüb.

Milli.Az pressclub.az-a istinadən bildirir ki, gənc qızın spirtli içki ilə yanaşı yüksək dozada heroin qəbul etdiyi və buna görə öldüyü iddia edilib. E.B axşam saatlarında məktəb yoldaşları ilə əyləncə məkanlarından birinə gedib.

Burada bir müddət əylənən gənc qız evə gəlib, yatıb. Dünən günortadan sonra məktəbdən 2 oğlan dostu E.B-ya zəng edərək şəhərdə görüş təklifi ediblər. Amma E.B dostlarını evə dəvət edib.

Dünən axşam saatlarında dostları ilə musiqi dinləyib, əylənən gənc qızın, iddiaya görə içki içib narkotika qəbul etdikdən sonra halı pisləşib. Dostları təcili yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər müdaxilə etsələr də, E.B-nın öldüyünü görüblər. Polis, hadisə zamanı E.B-nın yanında olan oğlan dostlarını saxlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.