Maraqlı

Ayran haqqında bunları bilirdinizmi?

13 Mart 2018 23:45
4 Şərh     Baxış: 4 625

Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, göytürklər zamanında turşumuş qatığın (yoqurtun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə, yeni içki növü, yəni ayran meydana çıxmışdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, nehrədə yağı alınmış qatığın qalığı yüksək kalorili qida məhsuludur. O, qatığa su və duz əlavə etməklə də əldə edilir.

Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarda yağ, zülal və 0,7- 0,8%-dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər. Ayran ilin isti vaxtlarında susuzluğu daha tez yatırdır. Ev şəratində ayranı qatıqdan və ya süzmədən hazırlamaq mümkündür.

Tərkibi:

1 litr qatıq və ya süzmə;
1 stəkan su;
duz (zövqə görə).

Qeyd etmək lazımdır ki, susuzluğu yatırtmaqda bir nömrəli olan ayranın bu baxımdan şəkər xəstələrinə də məsləhət görülür. Amma ayranın yağı çox olduğundan və kalorili olduğundan kökəlməyə səbəb olur. Bundan başqa, pəhriz saxlayanlara da çox məsləhət görülmür.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Tovuzlu E · 13 Mart 23:5030

    Nehre calxalanmasindan elde edilen ayranla qatiga su qatib duzeldilen ayran arasinda ferq olur Hem goruntu, hem de dad baximindan Heresinin oz dadi var Burda verilen reseptde su azdi mence

    Cavab yaz
  • Anonim
    $.$.$. · 14 Mart 06:5100

    nehrədən kənd yerlərində qatıqdan yaq almaq ucun istifadə edilir. və ayranı həqiqətən cox dadlı olur.şəhərdə məncə hec kim nehrədən istifadə etmir. anam əsasən yay aylarında ayran duzəltmək ucun mikserdən istidadə edir. cox dadlı da alınır. bir litr qatıqa bir litr də su qatmaq lazımdır. əgər qatıq yaqlı və cox qatı olsa suyu bir qədər də artırmaq olar. qatıqdan əgər doqramac ucun istifadə edəcəksinizsə onda su az istifadə edilməlidir. nuş olsun.

    Cavab yaz
    • Anonim
      kate · 14 Mart 10:2700

      Salam, mən hec yoxlamamışam. mikserlə qatiqla suyu çalanda yaş ayrılır?

      Cavab yaz
      • Anonim
        $.$.$ · 14 Mart 10:5500

        Kate xanım mikserlə sadəcə qatıqı calırsan ki acılsın. mikserlə yaq almaq olmaz məncə. bu işlərə anam baxır .yenə soruşaram. indi dərsdəyəm baqışlayın.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.