Maraqlı

Balış – allergen və mikrobların mənbəyi

13 Mart 2018 08:25
0 Şərh     Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diş fırçası və yataq dəyişəyindən fərqli olaraq evlərdə balışlar çox nadir hallarda dəyişdirilir. Xüsusən də balış sevimli olanda.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Londonun Sent Bars xəstəxanasının həkimləri xəbərdar edirlər ki, balışın istifadəsindən 2 il keçəndən sonra onun 1/3 çəkisi toz, gənə, bakteriya və onların həyat fəaliyyətlərinin məhsullarından ibarət olur.

Fərqi yoxdur balış quş tükündəndir, yoxsa sintetikdir. Xəstəxanada yatmaq üçün nəzərdə tutulan balışlar antibiotiklərə davamlı qızıl stafilokokun (sızanaq və selülitdən tutmuş pnevmoniya və meningitə qədər xəstəliklərin)  və klostridiya diffisilenin (güclü ishalı çağıran bakteriyalar) daşıyıcısı kimi aşkar olub.

Ev balışlarında bu qədər təhlükəli mikroorqanizmlər olmasa da, dəyişdirilməyən balışlardakı olan toz, diri və ölü gənələr və onların nəcisləri insanı balışı vaxtı vaxtında dəyişməyə düşündürməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.