Maraqlı

İnsultun dərmanı zeytun yağı

13 Mart 2018 08:15
2 Şərh     Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Az adam tapılar ki ayıq başa insultdan ölmək istəsin. Fransanın Bordo universitetinin tədqiqatçıları bu xoşagəlməz insidenti əhəmiyyətli dərəcədə azaltmaq yolları tapıblar, - "mhealth.ru" xəbər verir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, 7000 - dən artıq insanı dietalarında zeytun yağının iştirakı prinsipi ilə 3 qrupa ayırıblar: 1-ci qrup onu heç istifadə etməyib, 2-ci qrup mötədil istifadə edib, 3-cü qrup isə intensiv istifadə edib (yemək qızardanda, salata qatmaqda və adi çörəklə yeməkdə istifadə ediblər).

Nəticə göstərib ki, rasionda nə qədər çox zeytun yağı varsa, bir o qədər insult riski aşağıdır (41%!). Zeytun yağı trombların əmələ gəlməsinin qarşısını damarları təmizləyərək alır. Bundan başqa, yeməkləri də daha dadlı edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.