Maraqlı

“Sony PlayStation 5” yaxın zamanlarda satışa çıxarılacaq

13 Mart 2018 08:59
1 Şərh     Baxış: 1 092

"Sony PlayStation 5" oyun avadanlığı yaxın zamanlarda satışa çıxarıla bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin insayderi Makrus Sellars məlumat verib.

Onun sözlərinə görə, yeni məhsul üzərində işlər fevralın sonunda yekunlaşıb və yaxın zamanlarda avadanlıq bazara çıxarılacaq. Hazırda "Sony PlayStation 5" nümunələri oyun tərtibatçılarına göndərilir ki, yenilənmiş avadanlıq üçün oyunlar yarada bilsinlər.

"Sony PlayStation 5"-in bazara çıxarılacağı dəqiq vaxt məlum deyil. Avadanlığın rəsmi anonsu da hələlik çıxmayıb.

Xatırladaq ki, bundan əvvəl "Sony" şirkəti özünün operativ taksi çağırma sistemini yaradacağı planları barədə açıqlama verib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ramin · 13 Mart 19:0300

    bos seylerdir hamisi. versiyalari deyismekle deyil, hamisi eyni funkiyani yerine yetirir. buna pul verenin agili yoxdur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.