Maraqlı

“Huawei”in yeni flaqmanı 3 kameraya malik olacaq

13 Mart 2018 08:21
0 Şərh     Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ təqdimatı keçirilməmiş "Huawei P20" flaqman smartfonunun dizaynı artıq sirr deyil.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, martfonun fotoları "Twitter"də Evan Blass adlı insayderin səhifəsində yayılıb.

Fotolardan görünür ki, cihazın ekranı bütün ön paneli tutur. Şaquli yerləşdirilmiş üçlü kamera sistemi var. Arxa paneldə olan 3 fotomodulun necə işləyəcəyi hələlik məlum deyil.    

Rəsmi təqdimatın martın 27-də keçiriləcəyi gözlənilir. Top versiya ilə yanaşı, daha aşağı xüsusiyyətlərə malik "P20 Lite" və "P20 Pro" modelləri də təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.