Maraqlı

Yeraltı avtobus təqdim edildi - VİDEO

10 Mart 2018 22:14
1 Şərh     Baxış: 2 320

"SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Mask digər şirkəti "The Boring Company" tərəfindən inşa ediləcək yeraltı tunellər üçün elektrobusun konsepsiyasını göstərib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  İlon Mask videonu "Twitter" səhifəsində paylaşıb.
Elektrobusu tunel və liftlərin arasında avtomatik dayanan, sürəti saatda 150 milə (241 km/saat) çatan yeraltı elektrik avtobusu adlandırmaq olar.

"Bəli, bu, avtobusdur" - Mask twitlərə cavabda yazıb.

Biznesmen şərhində qeyd edib ki, yeraltı elektrobus metrodan fərqlənəcək.

O əlavə edib ki, "The Boring Company" şirkəti üçün prioritet avtomobillər yox, piyadalar və velosipedçilər olacaq. Mask izah edib ki, onun şirkəti şəhər ərazində çoxlu sayda kiçik stansiyalar inşa etmək niyyətindədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yeraltı avtobus təqdim edildi

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Adi vetendas · 11 Mart 15:1700

    20 qepiye aparacaq yeni?)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.