Maraqlı

Pentaqon Trampı tanksız qoydu

10 Mart 2018 22:09
0 Şərh     Baxış: 609

Pentaqon Trampı tanksız qoyub.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyi Vaşinqtonda keçirilən hərbi paradda tanklardan istifadə edilməsinə icazə verməyib.

Açıqlamada qeyd edilib ki, Amerika paytaxtının küçələrindən ancaq "təkərli nəqliyyat vasitələri" keçə bilər. Tanklar isə tırtıllı olduğundan. infrastruktura ciddi ziyan vuracaq. Bununla yanaşı, Pentaqon hərbi paradın son hissəsində təyyarələrdən istifadə etməyə icazə verib.

Parad noyabrın 11-ə Veteranlar günündə keçiriləcək. Hərbi texnikanın Ağ Evdən Kapitoliyə qədər hərəkət edəcəyi planlaşdırılır.

Sənədlərdə tədbirin xərcləri barədə məlumat verilmir. Ancaq "Associated Press"in məlumatına görə, əvvəlcədən Ağ Ev bu tədbirin 10-30 milyon dollara başa gələcəyini qiymətləndirmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.