Maraqlı

Meydançaya birinci sol ayağımı qoysam… - Məsud Özil - FOTO

10 Mart 2018 21:48
5 Şərh     Baxış: 1 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Almaniya" millisinin və İngiltərənin "Arsenal" klubunun futbolçusu türk əsilli Məsud Özil yazdığı kitabda öz həyatı ilə bağlı maraqlı məlumatlara yer verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, kitabında bir zamanlar Həcc ziyarətində olduğu üçün onu tənqid edən Sağ Partiya sədrini də cavabsız qoymayan futbolçu "Ona görə İslam Almaniyanın bir parçası deyil. Mən ona cavab vermək istəmirəm. Cavab versəm, onu qiymətə mindirmiş olaram", - yazıb.

Məsud özünəməxsus xüsusiyyətlər haqda da geniş məlumat verib: "Meydançaya həmişə birinci sağ ayağımı qoyuram, sol ayağımı qoysam, oynaya bilmərəm. Solaxay olmağıma baxmayaraq, yeməyi sağ əlimlə yeyirəm. Bunların dini açıqlaması da var. Sağ əl təmiz əldir, sol əllə isə çirkli şeyləri təmizləyərlər. Məsələn, dişlərimi sol əlimlə fırçalayıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.