Maraqlı

Pulsuzluqdan 15 aylıq körpəsini internetdə satdı

10 Mart 2018 21:47
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində bir nəfər iki uşağına baxmağa pulu olmadığı üçün 15 aylıq körpəsini internetdə satıb. Uşağın babası bunu bildikdən sonra polisə xəbər verib və bundan sonra körpəni xilas etmək mümkün olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, atası tərəfindən 4 min 200 sterlinqə satılan 15 aylıq körpə babası tərəfindən xilas edilib. Uşaqla görüş zamanı babası göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 15 aylıq körpənin adı Zenq olub və 22 yaşlı atası tərəfindən satılıb. Uşağı tapan polis onu babasına təqdim edib. Uşağı satan atası və onu alan ailə isə insan alveri cinayətində ittiham ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.