Maraqlı

Hitlerin intiharı sübut olundu

10 Mart 2018 19:49
1 Şərh     Baxış: 2 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2000-ci illərdə Adolf Hitlerin intiharı naməlum rentgen şəkilinin köməyi ilə sübuta yetirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti-yə Rusiyanın Elmlər Akademiyasının Tarix İnstitunun baş elmi işçisi Vasiliy Xristoforov məlumat verib.

Onun sözlərinə görə, bir zamanlar Dövlət Təhlükəsizlik Xidmətinin Mərkəzi arxivinə amerikalı professor gəlib. O, fürerin arxivdə saxlanılan fraqmentlərini göstərməyi xahiş edib:

"Gözlənilmədən o, portfelindən Hitlerin sağlığında çəkilmiş çənəsinin rentgen şəkillərini göstərib".

Təqdim edilən fotolar İkinci Dünya müharibəsindən Amerikanın Xüsusi Xidmət Orqanlarının arxivlərində gizli saxlanılıb. ABŞ-dan olan araşdırmaçı fotoları müqayisə edərək təsdiqləyib:

"Əgər nəticələr uyğun olmasaydı, düşünürəm ki, səs-küy qopardı. O, beləcə getdi və heç bir yerdə onun səfərilə bağlı məlumat işıqlandırılmadı".

Xristoforov həmçinin qeyd edib ki, Hitlerin Latın Amerikasına qaçması ilə bağlı fərziyyələr vəfat etmiş insanların şahidliyi ilə təsdiqlənib, ola bilsin ki, hər şey uydurulub.

2017-ci ilin oktyabrında Mərkəzi Kəşfiyyat İdarəsi məlumat ötürən şəxslərdən birinin ifadəsini açıqlayır. O, təsdiq edir ki, sabiq esesçilərdən olan Filipp Sitroen İkinci Dünya müharibəsindən sonra Hitlerlə Kolumbiyada görüşüb. Hitler orada Şrittelmayer soyadı ilə gizlənirmiş.

Rəsmi məlumatlara görə isə, Adolf Hitler həyat yoldaşı Yeva Braun ilə 1945-ci ilin aprelin 30-da Berlində sovet ordusunun hücumundan sonra intihar ediblər. Onların cəsədləri reyxkanslerin bağında yandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.