Maraqlı

Azərbaycanlı deputatlar latviyalı həmkarlarına qalib gəldilər

10 Mart 2018 14:17
0 Şərh     Baxış: 703

Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turniri davam edir.

Milli Məclisin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "İnter Arena"da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Matçı Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər izləyiblər.

Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıb. Azərbaycanlı deputatlar rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüş 3:0 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb.

Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəlib. Görüş 5:1 hesablı qələbə ilə türklərin xeyrinə nəticələnib.

Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışır.

Yarışa sabah yekun vurulacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.