Maraqlı

Qız ondan ayrılmaq istəyən sevgilisini döydü - FOTO

10 Mart 2018 10:03
1 Şərh     Baxış: 1 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikada qəribə hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, modelliklə məşğul olan amerikalı qız tələbə yoldaşı olan ingilis sevgilisini ondan ayrılmaq istədiyinə görə döyüb.

Fairfield universitetində oxuyan tələbə cütlüyün arasında yaranan mübahisə oğlanın burnunun sınması ilə nəticələnib.

Ben Kebbell adlı 19 yaşlı oğlan burnu sındıqdan sonra sosial şəbəkədə foto paylaşıb, sevgilisi Kathryn A. Mahoney-in onu döydüyünü qeyd edib. O bildirib ki, sevgilisi onu əvvəlcə qarnından vurub, sonra da üzünə yumruq "ilişdirib".

Sevgilisini geri qaytarmaq üçün onu yumruqlayan qız polis tərəfindən saxlanılıb. O, 1500 dollar cərimələnib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.