Maraqlı

"Uber"in sürücüsüz yük avtomobilləri fəaliyyətə başladı

10 Mart 2018 08:15
0 Şərh     Baxış: 732

"Uber" şirkəti sürücüsüz yük avtomobilləri parkının fəaliyyətə başladığını elan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yük maşınlarını "Uber Freight" əlavəsi vasitəsilə sifariş etmək mümkün olacaq.

Şirkət xidməti noyabr ayından bəri test edir, amma bu barədə yalnız indi məlumat verir. Artıq ABŞ-ın Arizona ştatında bu xidmət istifadəyə verilib. "Uber"in yük avtomobilləri yolun böyük hissəsini sürücüsüz qət edir, son bir neçə mili isə sürücülər idarə edir. Çünki pilotsuz yük avtomobilləri şose yollarda özünü doğrultsa da, şəhər küçələrində texnologiyanı bir daha test etməyə ehtiyac var.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.