Maraqlı

“Huawei Mate SE” smartfonu nümayiş olunub

10 Mart 2018 08:51
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Huawei" şirkəti buraxılan smartfonlar çeşidini yeni "Mate SE" modeli ilə artırıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu tərəflərinin nisbəti 18:9 təşkil edən "Full HD+" (2160x1080 piksel) təsvir ölçülü 5,93 düym diaqonallı ekranla təchiz olunub. Smartfonun əsasını "Kirin 659" prosessoru, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Əsas kamera 16 və 2 meqapiksel təsvir ölçülü ötürücülərə malik qoşa modulla təchiz edilib.
 
Ön kameranın təsvir ölçüsü 8 meqapikselə bərabərdir. Burda, həmçinin "4G LTE", "Wi-Fi 802.11b/g/n", "Bluetooth 4.1 LE", "GPS" modulları, arxa paneldə barmaq izi skaneri və 3340 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.
 
Bundan başqa, "Android 7.0 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğu iki SİM kartdan istifadəni dəstəkləyir.
 
"Huawei Mate SE" smartfonunun təxmini qiyməti 230 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.