Maraqlı

LTE-li Microsoft Surface Pro satışdadır

10 Mart 2018 08:41
0 Şərh     Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkəti ötən ilin oktyabrında "LTE Advanced" mobil rabitə dəstəkli "Surface Pro" hibrid planşetinin versiyasını elan etmişdi. İlk vaxtlar belə konfiqurasiyalı planşet yalnız biznes müştərilər üçün məhdud sayda təklif edilirdi. İndi isə "LTE" dəstəkli "Surface Pro" planşeti ilkin sifariş üçün əlçatandır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda "LTE" mobil rabitə dəstəkli "Surface Pro" planşetinin yalnız bir versiyası - "Intel Core i5" prosessoru, 8 QB əməli yaddaş və ya 256 QB-lıq tutuma malik sərtgövdəli daşıyıcı ilə təchiz edilmiş modeli əlçatandır. Qiyməti 1449 dollardır.

"LTE" mobil rabitə dəstəyi olmayan zəif modelin qiyməti 799 dollar, güclü modelin qiyməti isə 2699 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.