Maraqlı

Samsung holoqrafik virtual köməkçi hazırlayıb - VİDEO

10 Mart 2018 07:41
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "Samsung" şirkəti "C-Lab" eksperimental laboratoriyasının əməkdaşları tərəfindən süni intellekt sahəsində hazırlanan bir neçə layihə haqda məlumat verib. Belə layihələrdən biri virtual ev köməkçisidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Aurora" adlandırılmış sistem mobil proqram, həmçinin istifadəçi evdə olarkən smartfonu yerləşdirdiyi xüsusi qurğudan ibarətdir. Aparat enerji topladığı vaxt birləşdirici stansiyanın daxilində humanoid köməkçini təsvir edən psevdo holoqram peyda olur.

Təqdimat çarxına əsasən, "Aurora" istifadəçinin müxtəlif sorğularını başa düşə, ünsiyyəti dəstəkləyə, əşyaların psevdo holoqramını yarada və zəngləri qəbul edə bilər. Həmçinin virtual köməkçi smartfonun kamerasının köməyi ilə jest və emosiyaları başa düşərək virtual üz mimikasının köməyi ilə müvafiq reaksiya verir.

Bundan başqa, müxtəlif smartfon modellərinin sahibləri belə köməkçidən istifadə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.