Maraqlı

Yeni iPad Pro-nun buraxılış tarixi və qiyməti bilindi

10 Mart 2018 07:33
0 Şərh     Baxış: 261

"Apple" şirkətinə yaxın mənbələrə istinad edən ABŞ jurnalistləri yeni "iPad Pro" planşet kompüterinin buraxılış tarixini və qiymətini açıqlayıblar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, planşetin yenilənmiş versiyasının iyunda "WWDC 2018" sərgisində ictimaiyyətə təqdim olunması planlaşdırılır.
 
Bildirilir ki, hazırda ABŞ şirkəti qabaqcıl yubiley "iPhone X" smartfon modelinin satışının aşağı səviyyədə olmasından narahatdır. Vəziyyəti yoluna qoymaq üçün yeni planşetin buraxılışına zərurət yaranıb.
 
Bu ilin sentyabrında satışa çıxarılması nəzərdə tutulan yeni "iPad Pro" planşeti iki variantda - 6,1 və 9,7 düym diaqonallı versiyada təqdim ediləcək. Modellərin qiymətinin 259-749 dollar arasında dəyişəcəyi qeyd olunur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.