Maraqlı

3D çap funksiyalı ilk dron təqdim olundu

10 Mart 2018 07:22
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "DediBot" şirkəti "Fly Elephant" adlı uçan üçölçülü printer - quraşdırılmış "3D" çap funksiyasına malik pilotsuz uçan aparat yaradıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "Fly Elephant" aparatının 6 rotoru altında xüsusi ekstruder vasitəsilə üçölçülü çap üçün material daxil edən "Open-ended Additive Manufacturing" (OAM) üçölçülü çap avadanlığı quraşdırılıb. Bundan başqa, qurğu 0,1 millimetr dəqiqliklə çap etməyə imkan verir.

Həmçinin uçan "3D" printer digər eyni aparatlarla birlikdə işləyə bilir. Belə printerlər dəstəsi müxtəlif materiallardan eyni detal yaradır. Bu halda müsbət cəhət ondan ibarətdir ki, hazırlanan məmulatın ölçüsü əksər masaüstü "3D" printerlərdə olduğu kimi, iş məkanı ilə məhdudlaşmır.

Buna baxmayaraq dron akkumulyator batareyalarının az müddət işləməsi kimi çatışmazlığa malikdir. Lakin "DediBot" şirkəti tərəfindən qurğunun simsiz enerjidoldurma texnologiyası ilə təchiz edilməsi planlaşdırılır. İstənilən halda, təqdim olunan model yalnız sınaq nümunəsidir və şirkət hazırda perspektivsiz görünən qurğunun təkmilləşdirilməsinin və inkişafının davam etdirilməsi ilə məşğuldur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.