Maraqlı

Bu Hollivud gözəllərinin əslində ərəb olduğunu BİLİRSİNİZMİ? - SİYAHI

11 Mart 2018 00:45
3 Şərh     Baxış: 3 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb mədəniyyəti və tarixində iz qoyan, sevərək izlədiyimiz və dinlədiyimiz qadınların əslində, şərqli olduğunu bilirdinizmi? Bu məlumatları oxuduqdan sonra xeyli təəccüblənəcəyinizə əminik.

Milli.Az qərbdən dünyaya səs salan şərq qadınlarını təqdim edir.

Şakira

Livan əsilli kolumbiyalı müğənni

Əsl adı Şakira İzabel Mebarak Ripolldur. Amerikanın ən uğurlu müğənnilərindən biri olan Şakira səsi, özünəməxsus rəqsi ilə 21-ci yüzilə adını yazdırıb.

Cici Hadid

Fələstin əsilli model

2017-ci ildə "Vogue" dərgisinin ərəbcə nəşr edilən bölümündə ilk üz qabığı olub.

Bella Hadid

Fələstin əsilli model

Cici Hadidin bacısı 2014-cü ildə "IMG Models" şirkətində professional modellik karyerasına başlayıb. İlk dəfə 2014-cü ilin sentyabr ayında Nyu York Moda Həftəsində səhnəyə çıxıb. Hazırda "Tom Ford", "Tommy Hilfiger", "Topshop", "Moschino", "Marc Jacobs", "Bottega Veneta", "Philipp Plein" kimi markaların dəfiləsində çıxış edir.

Səlma Hayek

Livan əsilli meksikalı aktrisa

1993-cü ildə rejissor Robert Rodriqez tərəfindən kəşf edilən Səlma Antonio Banderasın baş rolu canlandırdığı "'Desperado" filmində oynayıb. Bu film onun Hollivuda ilk addımlarını atmasına kömək edib.

Cenna Devan Tatum

Livan əsilli amerikalı aktrisa

Hollivud aktyoru Çanninq Tatumun həyat yoldaşı

Rima Faki

Livan əsilli amerikalı model

Rima 2010-cu ildə ABŞ Gözəlliş Müsabiqəsində 1-ci yeri tutub və kraliça tacına layiq görülüb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.