Maraqlı

Gün ərzində nə qədər duz qəbul etmək olar?

10 Mart 2018 21:55
0 Şərh     Baxış: 1 248

Çoxlu duz qəbul etmək təzyiqdən əziyyət çəkən insanlara ziyandır. Bu, hətta düzgün həyat tərzi keçirən təzyiqli adamlara da aiddir.

Milli.Az novator.az-a istinadən bildirir ki, Böyük Britaniyanın London İmperiya Kolleci və ABŞ-ın Şimal-Qərb Universiteti alimlərinin apardığı araşdırma bunu təsdiqləyib.

Mütəxəssislər bir neçə il ərzində 4 mindən çox insanın qida rasionunu araşdırıblar. Həmin adamlar 40-59 yaş arasında olub. Qida rasionunda qan təzyiqini aşağı salan məhsulların (C vitamini ilə ilə zəngin meyvə-tərəvəz, lif və omeqa-3-doymamış yağ turşuları da daxil olmaqla) miqdarı da tədqiqata cəlb edilib.

İştirakçıların səhhəti, sidik nümunələrində kalium və natrium ionlarının konsentrasiyası, həmçinin insanların çəkisi və arterial təzyiqi də analizdən keçirilib.

Tədqiqat hipertoniya (qan təzyiqi) xəstəliyi ilə çoxlu duz qəbul etmək arasında əlaqəni üzə çıxarıb. Alimlər bildirirlər ki, hər qəbul edilən əlavə 7 qram natrium-xlorid, yəni duz arterial təzyiqi civə sütununda 3,7 millimetr yuxarı qaldırır. Tədqiqat iştirakçıları hətta tərkibində kalium və ürək, qan-damar sistemi üçün faydalı olan digər qidalar qəbul edəndə də onların təzyiqi normaya düşməyib.

Ona görə də mütəxəssislər gün ərzində 6 qramdan artıq düz qəbul etməyi məsləhət görmürlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.