Maraqlı

Ətir qoxusunu qalıcı etmək üçün 8 üsul

10 Mart 2018 23:25
1 Şərh     Baxış: 4 272

Qoxu - danılmaz faktdır ki, tipik və hər kəsin özünə xas şəkildə istifadə etdiyi vasitədir.Çox insan düşünür ki, qoxu yaxud parfümü əgər lazım olduğundan artıq sıxsaq o zaman qoxu qalıcı qalar.Lakin, bu səhv düşüncədir.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, əslində isə ətirin qoxusunun qalıcı olması üçün etməli oluğunuz şeylər var :

 Doğru ətir seçimi

Dərinizə uyğun ətir seçməlisiniz.Açıq dərili insanlar çiçək qoxulu ətirlər, qaraşın və əsmərlər isə oriental qoxulu ətirlər, qızılı və kürənlər isə meyvə qoxulu ətirlər seçməlidirlər.

Təmiz bədənə istifadə etmək

Parfümdan istifadə edərkən bədən nahiyənizdə tər və yaxud da başqa ətirin olmamasından əmin olun.Hətta yaxşı olar ki, parfümdan istifadə etməzdən öncə duş qəbul edəsiniz.Çünki, təmiz bədənə sıxılmış parfüm daha qalıcı və gözəl qoxuya səbəb olur.

Düzgün nahiyələrə çəkin

Parfümünüzü boyun, ənsə, dirsək içi, bilək, qulaq arxası kimi nəbz atışlarının hiss olunduğu bölgələrə çəkin.

 Dekolte nahiyələrini unutmayın

Ətirinizi bel, kürək və sinə dekoltesi bölgələrinə sıxın.Bu hissələr ətirinizi daha çəkici hala gətirir və qalıcılığını artırır.

 Digər yumşaldıcı vasitələrlə birgə istifadə edin

Ətirinizi krem, losyon, nəmləndiricilərlə birlikdə istifadə etməyə çalışın.Bu məhsullar sayəsində ətirinizin qoxusu daha güclü və təsirli qalacaqdır.

Geyimlərinizin üzərinə sıxın

Xüsusilə də jaket, gödəkçə və s. kimi qalın geyimlər qoxunu daha çox özündə saxlaya bilir.

 Parfümünüzü təzələyin

Parfümünüzü bir dəfə sıxdıqdan sonra 3 - 4 saat aradan sonra onu təzələyin, yəni bir də sıxın.

Ətiri qoruyun

Hər dəfə istifadə etdikdən sonra ətirə diqqət edin və qapağının yaxşı bağlanmasına diqqət edin.Çünki, ağzı açıq qalmış ətirin qoxu effekti də get - gedə zəifləyir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    mr1 · 11 Mart 10:4620

    Eslinde etir veya sperey , parfüm başqadir. etir ve ya spreyin icerisinde yagliliq faizi daha azdir,ona görede onu geyimlerin üzerine vurulmalidir.Ancaq parfümün terkibi daha yağlidir ona gorede onu geyimlerin üzerine vurulmasi o qeder de doğru deyil, çünki arzuolunmaz lekeler emele getirir .Parfümü nebzlere vurmaq lazimdirki , nebzler her defe atdiqca onun iyi etrafa yayilsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.