Maraqlı

Tibdə yeni virus aşkar edilib - İnsulinə bənzəyən hormonlar istehsal edir

10 Mart 2018 19:20
0 Şərh     Baxış: 958

İnsulinə bənzər hormonlar yaradan viruslar kəşf edilib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ABŞ elm adamları yeniliyə imza atıblar. Belə ki Joslin Diabet Mərkəzinin mütəxəssisləri müxtəlif araşdırmalar aparıblar. Bu zaman 4 virusun insan hüceyrələrində insulinə bənzəyən hormonları yaratdığını aşkar ediblər.

Bu viruslar heyvanlar üzərində də sınaqdan keçirilib. Həmçinin bu virusların genetik faktor daşıyıb-daşımaması barədə də təcrübələr keçirilir.
Siçanlar üzərində aparılan təcrübə zamanı bu məlumat bir daha öz təsdiqini tapıb. Həmçinin sözügedən viruslar qan şəkərini də aşağı salır. Bu,siçanlar üzərində aparılan sınaq zamanı təsbit edilib.

Virusların nə zaman tibdə istifadə ediləcəyi məlum deyil.

Qeyd edək ki, məlumatlar amerika jurnallarında dərc edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.