Maraqlı

2 deyil 5 tip diabet var

10 Mart 2018 23:15
2 Şərh     Baxış: 1 187

Diabet normalda tip 1 və tip 2 deyə iki fərqli qrupa ayrılır.

Ancaq İsveç və Finlandiyadakı araşdırmaçılar vəziyyətin bundan daha kompleks olduğunu göstərdi. İsveçdəki Lund Universiteti Diabet Mərkəzi və Finlandiyadakı Molekulyar Tibb İnstitutunda aparılan araşdırmada 14 min 775 xəstənin qan nümunələri ətraflı şəkildə araşdırıldı. Beş fərqli qrup diabet belə təyin olundu:

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ümumiyyətlə klassik Tip 1 ilə eyni olan ağır immunitet xəstəliyi gənc yaşlarda müşahidə olunur, görünüşcə sağlam insanlarda immun sisteminin hücumu bədənin insulin çıxara bilməməsinə gətirib çıxarır.

Ağır insulin əskikliyi olan xəstələrin vəziyyəti Qrup 1-də olanlara çox bənzəyir. Gənclər, bədən ağırlıqları sağlam sərhədlərdə olsa da, bədən insulin ifraz etməkdə çətinlik çəkirdi, ancaq immun sisteminin bunda bir rolu yoxdur.

Ağır insulin müqaviməti olan xəstələr insulin ifraz edir, ancaq bədən artıq buna reaksiya vermir.

Piylənmə ilə əlaqəli orta şiddətdəki diabet, ümumiyyətlə çox həddindən artıq kök insanlarda müşahidə olunur, ancaq metabolik olaraq normaldan çox Qrup 3-də olanlara yaxınlaşır.

Yaş ilə əlaqəli orta şiddətdəki diabet xəstələrində digər qruplardan çox ahıl yaşlarda xəstəlik daha orta şiddətdə seyr edir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Süleyman · 11 Mart 12:3810

    Çox savadsız formada yazılan məqalədir.

    Cavab yaz
  • Anonim
    Deqiq · 11 Mart 15:4000

    Duzdur sanki izah veren ermeni budag cumlelerinden isifade edib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.