Maraqlı

Sapandla vurulmuş quşun ətini yemək olarmı?

10 Mart 2018 20:15
0 Şərh     Baxış: 880

Əti yeyilməsi halal olan heyvan şəriətdə göstərilən qaydalar üzrə kəsilməli və ya ovlanmalıdır. Əgər bu qaydalara riayət olunmasa, əti murdar olar və leş kimi yararsız sayılar. Quşun ətinin halal olmasının şərtləri bundan ibarətdir:

Milli.Az islam.az-a istinadən bildirir ki, ev quşunun mütləq başı "bismillah"la kəsilməlidir. Əgər ev quşu öz-özünə ölsə, yaxud hər hansı başqa yolla öldürülsə, əti murdar olacaq. Vəhşi quşlara gəlincə, ya tələ vasitəsilə tutulub başı kəsilməlidir, ya şəriətdə göstərilən kimi ov quşunun (şahin) vasitəsilə ovlanmalıdır, ya da güllə, ox kimi öldürücü vasitə ilə öldürülməlidir. Əgər quşu sapandla vursalar və quş yaralanıb ya da huşunu itirib yıxılsa, nə qədər ki sağdır, ona çatıb başını "bismillah"la kəsmək lazımdır. Əgər quş sapanddan atılan daşın zərbəsindən yıxılsa və başı üstünə çatanda öldüyünü görsələr, o halda əti murdar olar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.