Maraqlı

“Porsche” uçan avtomobil buraxacaq

7 Mart 2018 08:25
0 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın məşhur "Porsche" avtomobil konserni hava yolu ilə insanların daşınması üçün pilotsuz aparatlar istehsal etməyi nəzərdən keçirir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu şirkətin satış üzrə direktoru Detlev fon Platen "Automobilwoche" dərgisinə müsahibəsində deyib.

Top menecer bildirib ki, bu tip dronlarla şirkətin baş ofisinin yerləşdiyi Ştutqartın Zuffenhauzen rayonundan şəhərin hava limanına 3,5 dəqiqəyə getmək olar. Hazırda isə avtomobillə bu yolu 30 dəqiqəyə getmək olur.

Artıq şirkət yaxın vaxtlarda yeni nəqliyyat vasitəsinin eskizlərini təqdim edəcək. Söhbət sərnişinlərin sərbəst idarə edə biləcəyi dronlardan gedir.

""Porsche" avtomobilini siz özünüz idarə edirsiniz. Dronları da idarə edə bilərsiniz, özü də pilot lisenziyası lazım olmadan. Çünki aparat özü bir çox şeyi müstəqil yerinə yetirəcək", - deyə Detlev fon Platen söyləyib. O, bu cür hava taksilərinin əhalinin sıx yaşadığı yerlərdə istifadəsini də mümkün sayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.