Maraqlı

Bütün dünya Azərbaycan əsilli modeldən danışır – FOTO

6 Mart 2018 13:02
9 Şərh     Baxış: 2 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya mediası italyan model Byanka Balti barədə geniş yazılar dərc etməyə başlayıb. Onlar iddia edir ki, model Monika Belluçini gözəlliyi ilə kölgədə qoyur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Byanka 25 may 1984-cü il Lombardiyada dünyaya gəlib.

Onun atası italyan, anası isə azərbaycanlıdır.

O, uşaqlıqdan model agentliklərinə baş vurub, müxtəlif kastinqlərdə iştirak edib. İlk zamanlarda bir neçə regional jurnalın üz qabığına çəkilən Byankaya daha sonra "Vogue", "Harper's Bazaar", "Marie Claire", "Jalouse", "Cosmopolitan", "Elle" və "Playboy" kimi jurnallardan da təklif gəlib.

2004-cü ildən sonra populyarlıq qazanan Balti daha sonra məşhur brendlərdən reklam təklifləri alıb. Bunların sırasında "Roberto Cavalli", "Christian Dior", "Dolce & Gabbana", "Valentino", "DKNY", "Armani Jeans" kimi brendlər var.

2005-ci ildən Byanka "Victoria's Secret" modelləri ilə eyni səhnəyə çıxmağa başlayıb. 2006-cı ildə o, reklam çarxına, 2007-ci ildə isə "Striptiz klubdakı nağıllar" adlı bədii filmə çəkilib.

Müxtəlif dəb nümayişlərində iştirak edən model məşhur fotoqraf Kristian Luçidiyə ərə gedib. Onların bu evlilikdən Matilda adlı qızı dünyaya gəlib. Ancaq cütlük 2009-cu ildə boşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.