Maraqlı

Paltaryuyan maşına istiot töksəniz... - FƏRQLİ ÜSUL

20 May 2018 20:24
2 Şərh     Baxış: 7 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hansı yuyucu vasitədən istifadə olunsa da, qara və tünd rəngli geyimlər elə ilk yuyulmada solur. Düzdür, geyimlərin rəngini təzə, canlı tutmaq üçün bir çox kimyəvi üsul var. Təəssüf ki, bu üsullardan istifadə etmək geyimləri daha çox soldura, ya da rəngini dəyişdirə, qarışdıra bilər. Ancaq Milli.Az-ın ailem.az-a istinadən təqdim etdiyi bu üsuldan istifadə etsəniz, qara paltarlarınızın rəngini qoruyarsınız.

Üsul isə çox sadədir. Sizə yalnız istiot lazım olacaq. Bəli, düz oxudunuz. Yeməklərə qatdığımız qara istiot. Qara paltarlarınızı yumadan əvvəl paltaryuyan maşına bir çay qaşığı istiot tökün. Bu, paltarlarınızın rənginin solmasına mane olacaq, təzə kimi saxlayacaq. Ancaq maşının istilik dərəcəsini mümkün qədər aşağı rejimdə qoyun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.