Maraqlı

Bu əşyaları hamamda saxlamayın - SİYAHI

20 May 2018 19:49
0 Şərh     Baxış: 4 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəxsi gigiyenamız üçün hamam olduqca önəmli bir yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir. Milli.Az ailem.az-a istinadən hamamda saxlamayacağınız əşyaların siyahısını verir.

Diş fırçası 

Aparılan araşdırmaya əsasən, hamamda saxlanılan diş fırçalarının üzərində 60 faiz qalıq maddələr tapılıb. Bu isə nə qədər təmizkar olsanız da, hamamda yaranıb artan bakteriyalara əngəl ola bilmədiyiniz anlamına gəlir.

Makiyaj ləvazimatları

Makiyaj ləvazimatlarını hamamda saxlamaq yaxşı bir fikir deyil. Bu halda son istifadə tarixi yetişmədən belə tezliklə xarab olacaqlar.

Prezervativ

İstiliyə və nəmə məruz qalmaq prezervativə zamanla zərər verərək təsirini azaldır. Buna görə prezervativləri saxlamaq üçün ən uyğun yer hamam otağı yox, bir dolabçadır.

Ətir

Uzun müddət hamamda qaldığı üçün ən sevdiyiniz ətrinizin qoxusu dəyişə bilər. Həddindən çox istilik və buxar ətirdə dəyişimə səbəb olur.

Təraş bıçaqları

Təraş bıçaqlarını hamamda saxlamaq demək olar ki hər kəsin vərdişidir. Ancaq bu alışqanlığınızdan dərhal vaz keçməlisiniz. Çünki bu, dəri sağlamlığınıza, həm də təraş bıçaqlarının qısa zamanda paslanmasına səbəb olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.