Maraqlı

Bu il "Eurovision"da Kipr qalib ola bilər

3 Mart 2018 17:36
3 Şərh     Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision" mahnı müsabiqəsinin qalibi Kipr ola bilər. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Avropa mediası, yarışmanın fan səhifələri və bukmeykerlər belə proqnoz edir.  Bildirilir ki, Kipri Lissabonda təmsil edən Eleni Foureiranın mahnısı uğurlu seçim olub. 

Gənc ifaçının ötən gün təqdim olunan "Fuego" adlı mahnı və klip sosial şəbəkələrdə ən çox müzakirə olunan layihə olub. 

Müsabiqənin münsiflərindən olan isveçli bəstəkar Christer Björkman onun lider olacağını təxmin edib:

"Bu günə kimi təqdim olunan mahnılar sırasında ən uğurlu ifalardan biri Kiprə aiddir. Yəqin ki, liderlik kürsüsündə Eleni Foureira əyləşə bilər". 

Qeyd edək ki, təmsilçimiz Aysel Məmmədovanın (Aisel) mahnı və klipi bu gün təqdim olunacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.