Maraqlı

Dünyada ilk dəfə: ən böyük nəsil hesablandı - VİDEO - FOTO

2 Mart 2018 16:52
0 Şərh     Baxış: 4 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da genetiklər 13 milyon insandan ibarət "şəcərə ağacı"nı tərtib ediblər.

Milli.Az Science-ə istinadən bildirir ki, alimlər qohumları və ya uzaq qohumları tapmağa, müəyyənləşdirməyə imkan verən onlayn-servis olan MyHeritage-dən yararlanaraq 86 milyon profili araşdırıblar.

Onlar həmin insanların bir-biri ilə qohumluq əlaqələrini tədqiq ediblər.

Maraqlı eksperiment nəticəsində formalaşmış 5 milyondan artıq "şəcərə ağacı" arasında ən böyüyündə 13 milyon insan var. 11 nəsildən ibarət bu insanların "şəcərə ağaı" 1650-ci ildə başlanır.

Kolumbiya Universitetinin bioloqu Yan Elrixin rəhbərliyi ilə aparılmış araşdırmada qeydə alınan rekord "nəsil"dəki insanların əksəriyyəti Avropa və Şimali Amerika sakinləridir.

Kuinslend Universitetinin (University of Queensland) əməkdaşı, genetik Peter Vişerin dediyinə görə, onlar müxtəlif sosial qruplar üçün müəyyən qanunauyğunluqları da aşkarlayıblar. Belə ki, kişilərlə müqayisədə qadınlar daha çox miqrasiya ediblər. Fəqət kişilər daha uzaqlara, bəzi hallarda başqa ölkələrə köçüblər. Bunun iqtisadi amillərlə bağlı olduğu deyilir.

Ailə qurulmasına nəqliyyatın inkişafı da təsir edib. 1800-ci ilədək insanlar ən uzağı onlardan 8 km məsafədə yaşayan insanla evlənibsə, 1950-ci ildə bu radius 100 km-ə çatıb.

Qocalığın səbəbləri arasında genetik amillərin 16 faiz təşkil etdiyi də məlum olub. Yerdə qalan amillər yaşam mühiti və həyat tərzindən asılıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyada ilk dəfə: ən böyük  nəsil hesablandı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.