Maraqlı

Kıvanç Kənanı geridə qoydu

25 Fevral 2018 20:37
1 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Kıvanç Tatlıtuğun yeni çəkilmiş "Hadi be oğlum" filmindəki roluna görə aldığı qanorarın miqdarı məlum olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, seriallarda hər bölüm üçün 130 min lirə (təxminən 65 min AZN) alan aktyora bu dəfə film istehsalçıları 1,5 milyon lirə ödəyib.

O, bu məbləğlə "Cingöz Recai" filmindəki roluna görə 1 milyon lirə qazanan Kənan İmirzalıoğlunu geridə qoyub və rekordu ələ keçirib.

Qeyd edək ki, baş rolları Kıvanç və Büşra Develinin paylaşdığı film kinoteatrlarda bir həftə ərzində 404 min insan tərəfindən izlənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.